Müdafiə naziri həmsədrlərlə görüşüb

Müdafiə naziri həmsədrlərlə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə