Rafiq Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edildi SƏRƏNCAM
İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rafiq Novruzovun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Naxcivantv.az-ın məlumatına görə Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rafiq Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilsin”.
Qeyd edək ki, Rafiq Novruzov bundan əvvəl İqtisadiyyat şöbəsində müdir müavini vəzifəsində çalışıb.
Müəllif: Xaliq Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB