Raqif Abbasov: “Struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir" AÇIQLAMA
“Dövlət başçımız, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və digər idarəçilik sistemində etdiyi struktur dəyişiklikləri cəmiyyətimizdə çox böyük rəğbətlə qarşılandı. Bu struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbələrin yaradılması ölkəmizdə bu sahələrdə işlərin daha çevik və uğurla aparılmasını təmin edəcək: “Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə və Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması bu sahələrin inkişafının cənab Prezidentin və dövlətimizin daima diqqətində olmasının göstəricisidir. Həmin şöbələr ölkəmizdə bu sahələrdə daha çevik idarəetməyə şərait yaradacaq. Yeni struktur dəyişiklikləri Azərbaycanın uğurlarına böyük təkan verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB