Bahar Muradova: "Azərbaycanda uşaqların hüquqlarına diqqətlə yanaşılır"

"Azərbaycanda bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşılır
Bahar Muradova: "Azərbaycanda uşaqların hüquqlarına diqqətlə yanaşılır"

"Azərbaycanda bütün insanlaarın hüquqlarına hörmətlə yanaşıldığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşılır". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edildiyini xatırladan Milli Məclis sədrinin müavini söyləyib ki, dövlətimizin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır ki, bunun üçün də lazımı addımlar atılır.

Bu il Azərbaycanda Uşaq Forumunun keçiriləcəyini deyən B. Muradova söyləyib ki, həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə