Rusiyanın sükanı hələ Putinin əlindədir

Rusiyanın sükanı hələ Putinin əlindədir

Rusiyanın baş naziri Vladimir Putin Sibir çöllərini gəzdiyi dörd gündə kameralar qarşısında hələ də Rusiyanın ən nüfuzlu siyasətçisi olduğunu və 2012-ci ildə yenidən prezident ola biləcəyi mesajinı verdi. SİA-nın "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi məlumata görə, Putin qarşıdakı prezident seçkisində ölkənin ən ali postu üçün kimin yarışacağını prezident Dmitri Medvedevlə görüşərək müəyyənləşdirəcəyini bir daha vurğulayıb. Olkə rəhbərliyində olduğu 10 il müddətində verdiyi qərarlardan peşman olub-olmadığı ilə bağlı suala o "xeyr" cavabını verib: "Etdiklərimiz məni doğru yolda olduğumuza inandırır".

Qəzetin yazdığına görə, Medvedev "Putinin adamı" olaraq vəzifəyə gəlsə də, son aylarda daha müstəqil və təsirli qərarlar verməyə başlayıb. Bununla belə bildirilir ki, Putinin həftə sonu verdiyi açıqlamalar baş nazirin dövlət başçı ilə əlaqədar mövzularda çox da utancaq olmadığına işarədir. Vaşinqtonun Moskva ilə münasibətləri "sıfırlaşdırma"sına gəlincə, Putin ABŞ prezidenti Barak Obamanın səmimiyyətinə inandığını da sözlərinə əlavə edib. Amma o, Vaşinqtonu tənqid etməkdən də çəkinməyib. ABŞ-ın Rusiyanın rəqibi Gürcüstana silah satışı və Şərqi Avropadakı raket hücumundan müdafiə layihəsini davam etdirməsini anlaşılmaz olduğunu deyən baş nazir "bu haradan sıfırlaşdırma oldu. Bu istiqamətdə belə bir cəhd görmürəm" söyləyib.

Moskva Siyasi Texnologiyalar Mərkəzinin məsləhətçisi Aleksey Makarkin bildirib ki, Putin açıqlamaları ilə heç bir yerə getmədiyini göstərmək istəyir: "Putin hansısa formada iqtidardakı yerini qoruyacaq. Medvedev və Putin rəqib deyillər. Yalnız müraciət etdikləri kütlə fərqlidir. Medvedevin müasirləşmə çağırışları daha çox şəhərlilərin orta təbəqəsindən və siyasi elita arasında dəstək gördüyü halda, Putinin mesajları isə daha çox aşağı təbəqəyə ünvanlanıb.

Baş nazirin 4 günlük gəzintisinin bir seçki kampaniyası gəzintisi olduğu deyilsədə, baş nazirin mətbuat xidməti Dmitri Peskov burada hər hansı bir siyasi məqsəd olmadığını qeyd edib.

Qeyd edək ki, baş nazirin səfər çərçivəsində bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib. O, Çinə gedən neft boru xəttinin, kosmos stansiyasının açılışında iştirak edib və tikilməkdə olan bir su elektrik stansiyasına maddi dəstək məqsədilə qol saatını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə