Ermənistanın hüquq-mühafizə orqanları Gürcüstanla sərhəddə yerləşən "Bavra" gömrük məntəqəsinin rəisini rüşvət almaqda ittiham edərək həbs edib. APA-nın məlumatına görə, gömrük rəisi mayın 25-də Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB