Şri-Lankada leysan yağışları səbəbindən baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb, 100 nəfər itkin düşmüş sayılır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün Fövqəladə Hadisələrə Reaksiya Mərkəzi bəyan edib ki, təbii fəlakət zonasında 200 min nəfər qalıb.
"Təxminən 200 min nəfər, yəni 52 min ailə 14 dairədə təbii fəlakətlə üzləşib. 100 nəfərin öldüyü, 99 nəfərin itkin düşdüyü barədə məlumat daxil olub", - deyə idarənin yaydığı məlumatda söylənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB