BAXCP rəsmisi: “Xədicə İsmayılın Trampdan niyə xoşu gəlmir? AÇIQLAMA
"Amerika prezidenti Donald Tramp deyib ki, bundan sonra müsəlman ölkələrinin daxili işlərərinə qarışmayacağıq. Trampın bu açıqlamasından sonra, mənə bəlli oldu ki, niyə Xədicə İsmayıl və bu tip şəxslərin Trampdan bu günə qədər xoşları gəlmirmiş". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Tramp prezident seçiləndən bu günə kimi, hər dəfə onu ələ salırlar və açıq şəkildə ona münasibətlərinin pis olduqlarını nümayiş etdirirdilər: "Necə deyərlər, "qara qızın dərdi varmış". Sən demə, bunların dərdi, bu imiş ki, 5-ci kalon pulsuz qalacaq. Bu qoruxu ilə yaşayırmışlar. Amerika prezidenti Trampın ilk xarici səfərini müsəlman ölkəsi olan Sədiyyə Ərəbistanına da etməsi təsadüfü deyildi. Elə bu çıxışını da həmin ölkədə olarkən edib. Bundan sonra müsəlman ölkələrində olan 5-ci kalonlardan Amerika istifadə etməkdən uzaq olacaq. Bu hadisə həm də onu deməyə əsas verir ki, müsəlman ölkələrində sülh prosesinin başlanmasına start veriləcək. Xarici faktorun təsiri olmadan heç bir ölkədə sabitlik pozulmur və müsəlman ölkələri də sülh içində yaşayır. Necə ki yaşayırdılar. Ölkələrin daxili işlərinə xarici təsirlərinin müqavilində birbaşa sabitliyin pozulması baş verirdi. Yəqin ki, bundan sonra, bu, prosesi baş vermiyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB