"Azərbaycan oyunlarda üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirdi" AÇIQLAMA

"Azərbaycan oyunlarda üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirdi" AÇIQLAMA

"IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə Azərbaycan ilk növbədə özünün siyasi nüfuzunu bir daha təsdiq etmiş oldu. Bu oyunlar islam dəyərlərinə malik olan ölkələrin müasir inkişaf etmə potensialının çox böyük olduğunu göstərdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm idman tədbiri bir daha göstərdi ki, istənilən həmrəylik oyunları, idman yarışları sülhə, xalqlar arasında dostluğa, birliyə gətirib çıxarır: "Bu gün dövlətçilik təcrübəsi digər İslam Əməkdaşlıq Təşkilatının üzvləri üçün kifayət qədər maraqlıdır. Bu baxımdan İslam oyunlarında iştirak etmək üçün Azərbaycana gələn 54 ölkənin nümayəndələri müasir, inkişaf edən, eyni zamanda islami dəyərlərin qorunduğu bir ölkə gördülər".

A. Mirzəzadə qeyd edib ki, Azərbaycan ev sahibi kimi öz üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirdi: "Artıq bundan sonra ciddi sürətdə beynəlxalq aləmdə Azərbaycan standartları deyilən bir anlayış barədə tez-tez eşidəcəyik".

Xatırladaq ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə