Deputat: "Rusiya siyasətində ciddi dəyişiklik etməlidir" MÜNASİBƏT

Deputat: "Rusiya siyasətində ciddi dəyişiklik etməlidir" MÜNASİBƏT

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir: " Bu, siyasi qərardır. Rusiya öz siyasətində ciddi dəyişiklik etməli, mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir".

A. Mollzadə söyləyib ki, ÜAK-la bağlı qərar iki ölkə arasında olan münasibətlərə xələl gətirə bilər: "Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə