"Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı Vladimir Putinin ona əmr edə bilməyəcəyini bildirib. Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun yaradılmasının mahiyyəti hamıya bəllidir. RF Ermənistanın Türkiyə və Azərbaycanın Naxçıvan regionu ilə sərhədində yerləşən V korpusunu 102-ci hərbi hissəyə birləşdirdi. Beləliklə, tarixi konfliktogenliyini nəzərə almaqla Ermənistanın indiki təxribat potensialını neytrallaşdırdı". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyadan narazıdır: "Rusiyaya zərbə vurmaq üçün bəhanə axtarır. Eləcə də Ermənistan müstəqil dövlət deyil, Rusiya və ya qərbin təsiri altında istənilən addımı ata bilər. Buna dair faktlar hədsiz çoxdur. Rusiya Yaxın Şərqdə ciddi işlərlə məşğuldur. Ciddi rəqibləri var və qaydasız döyüş gedir. Ona görə Ermənistandan Türkiyə və ya Naxçıvan istiqamətində açılan atəşlər Rusiyanın Suriyadakı əməliyyatlarında özünü göstərəcək. Ermənistanın belə təxribatlarının qarşısını almaq üçün Rusiya onun hərbisini əlindən aldı. Birləşmiş Qoşun Qrupunun rəhbəri isə erməni olmalı idi. Çünki Rusiya öz gücünə arxayındır. Bu qoşun qrupunun hesabına nəinki qoşun qrupunun komandiri, hətta Ermənistanın prezidenti RF-in ali baş komandanının tabeçiliyində olan işçilərə çevriliblər.
RF-in ali baş komandanı V.Putin Ermənistandakı Birləşmiş Qoşun Qrupu ilə bağlı əmri A.Makaryana deyil, ER-in prezidenti S.Sərkisyana verəcəkdir. Beləliklə general Makaryana elə erməni kimi yanaşmaq ən düzgünüdür.
Rusiyanın Ermənistandakı hərbi bazasına vaxtilə polkovnik A.Ruzinski rəhbərlik edirdi. Ermənistanda rəhbərliyin və Moskvadakı bəzi ermənilərin baş gicəlləndirici təsirləri altında A.Ruzinski Rusiyanın Ermənistandakı bazasının qarşısında duran məqsədləri barədə "Krasnaya Zvezda" qəzetinə müsahibəsində RF-in hərbi bazasının Dağlıq Qarabağda ehtimali müharibəyə müdaxilə edəcəyinin bu bazanın əsas məqsədlərindən biri olduğunu bəyan etdi.
Bir az keçmiş V.Putin Ermənistana səfərini Yerevandan deyil, məhz Gümrüdən başladı. A.Ruzinski Putinin Gümrüdə olduğu dövrdə rəhbərlik etdiyi bazadan didərgin düşdü. Yalnız ən son anda üzə çıxdı. RF prezidenti, RF Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.Putin Gümrüdə olarkən RF-in Ermənistandakı hərbi bazasının məqsəd və vəzifələrini açıqladı. Bu məqsədlərin içərisində Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək adlı məqsəd yox idi. İndi bütün Rusiya və Ermənistan siyasiləri başa düşüblər ki, Rusiyanın anlamında Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Rusiya istər dövlət, istər KTMT üzvü kimi bu münaqişəyə hərbi müdaxilə etməyəcək. A.Ruzinski az keçmiş nəinki 102-ci bazanın komandirliyindən, hətta Rusiyanın rəsmi hərbi sistemindən uzaqlaşdırıldı. Donbasda hansısa özünü müdafiə dəstəsinə başçılıq edir.
V.Putinin məntiqinə görə A.Makaryan çoxdan Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandirliyindən və general rütbəsindən uzaqlaşmalı idi. Görünür, lap yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın "çörəyini" yeyənlər A.Makaryanın Putin haqında dediklərini Putinə çatmasına icazə vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB