Azərbaycan və BMT-nin Könüllüləri Proqramı könüllülüyü gücləndirir

Azərbaycan və BMT-nin Könüllüləri Proqramı könüllülüyü gücləndirir

22 may tarixində Birləşmiş Millətlər Təşkilatının Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini, Toyli Kurbanov Bakıya səfər edəcək. SİA-nın verdiyi məlumata görə, Kurbanov Azərbaycan Respublikasının hökumət nümayəndələri ilə görüşərək hökumətin könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında Hökumətin baxışı əsasında qlobal əməkdaşlıq priorotetlərini müzakirə edəcək.

İki günlük səfər ərzində, Kurbanov BMT tərəfdaşları, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək və könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq üçün yolları araşdıracaq.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai: "Biz BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və onun Azərbaycan hökuməti və inkişaf üzrə tərəfdaşları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndiririk".

Kurbanov isə vurğulayıb ki, BMT-nin Könüllüləri bilavasitə insanlarla işləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda sülh və inkişafı əsas tutur: "BMT-nin Könüllüləri öhdəçilik, fərdilik, aktivlik və həmrəylik kimi əsas dəyərləri özlərində təcəssüm etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə