"Gümrü şəhərinin sabiq meri və Ermənistan parlamentinin yeni deputatı Vardan Qukasyanın oğlu növbəti dəfə səs-küy qaldırıb. Səbəb isə onda deyil ki, Spartak (V.Qukasyanın oğlu-red.) yenə öz ənənəsinə sadiq qalaraq adam döyüb, səbəb ondadır ki, onun adam döyməsindən sonra hüquq-mühafizə orqanları şəhər polisinin rəhbərliyinə məruzə etməyiblər və bu işə müvafiq baxış olmayıb". SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Erməni qəzeti yazır ki, sözü gedən hadisənin üzərindən 10 gün müddət keçməsinə baxmayaraq polis yalnız indilərdə - "Joxovurd"un verdiyi məlumatdan sonra həmin məsələ ilə bağlı maraqlanıb. "Yəni biz bu barədə yazmasaydıq, hüquq-mühafizə orqanları bu işi sadəcə bağlayacaqdılar"-deyə yazan qəzet əlavə edir ki, bundan yana, polis hətta zərər çəkəni belə tapa bilmir: "Görünür, onun zədələri o qədər ağırlaşıb ki, daha pis aqibət yaşayarsa, onu gizlədə bilsinlər. Bunun yerinə, polis Spartak Qukasyanı idarəyə gətirib, baxmayaraq, onun atası Vardan Qukasyan bütün günü KİV-lərdə gedən yazıları "yalan" adlandırıb və bu barədə yazan qəzetləri söyüb və təhqirlərə məruz qoyaraq alçaldıb".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB