"Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" 1-ci panel

"Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" 1-ci panel

Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr mövzusunda 1 ci plenar sessiya keçirilib. SİA-nın xəbərinə görə, sessiyaya BMT Sivilizasiyalar Alyansının (BMT SA) Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad moderatorluq edib,

O bildirib ki, bütün dünyada zorakılıq ekstremizm var:"Bu baxımdan biz ekstremizm mövzusunu daha geniş müzakirə etməliyik. İnsan hüquqlarının pozulması hallarının çox olmasının arxasında məhz zorakı ekstremizm dayanır. Dünyada vətəndaş müharibələrinin şahidiyik. Hətta media mətbuatda bu cür informasiyaların yayılmasında böyük rol oynayırlar. BMT qlobal antiterror strategiyasından 10 il keçsə də, orada müəyyən uyğunluq yaradılmalıdır. İnsanların hüquqlarının pozulmaması üçün bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Qlobal strategiyanın icra olunmasında çatışmayan məsələlər var ki onlar problemin həllinə imkan yaratmır. Bu gün panel iştirakçıları da görülən işlər, əldə edilən uğurlar haqqında məlumat verəcək və zorakılığın qarşısının alınması ilə bağlı təkliflərini irəli sürəcəklər".

Sessiyada çıxış edən Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib ki, Forum sivilizasiyaların artırılmasına xidmət edir:" Biz multikulturalizm, tolerantlığın tərəfdarıyıq. Ötən il ölkəmizdə "Multikulturalizm" bu il isə "Islam Həmrəylik ili" elan edilib. Bir həftədən sonra ölkəmizdə Islam həmrəylik oyunları keçiriləcək. Bütün bunlar Azərbaycanda multikulturalizm dəyərlərinin olmasının əsas göstəricisidir".

E. Məmmədyarov qeyd edib ki, Azərbaycanda terrorçuluq qəti şəkildə pislənir:"Fəal əməkdaşlıq olmadan təbii ki biz terrorçuluğa qarşı mübarizədə zəfər çala bilmərik. Mənim ölkəm elə sərhədlərə çıxır ki, orada terrorçuluğa qarşı əks tədbirlərin keçirilməsi BMT-nin onların qarşısına qoyduğu əsas vəzifələrdir. Bu gün dünyada islamafobiya və dini abidələrə hörmətsizlik hallara rast gəlinir".

BMT baş katibinin müavininin səlahiyyətlərini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasser bildirib ki, bu gün bütün dünya informasiyanı internet vasitəsi ilə alır və ötürür: "Bu gün terror təşkilatları da çirkin əməllərini yaymaq üçün ümumi proqram təminatlarından istifadə edirlər. İnternet də onlar üçün bir vasitədir. Onlar müxtəlif mesajlarla sosial cəhətdən aşağı təminatlı insanları cəlb edirlər. Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir. Dünyada 1 milyard 800 milyon gənc var. Onlara daha yaxın olmalıyıq. Gələcəyin açarı onların əlindədir. Biz onların rifahı üçün çalışmalıyıq".

Bolqarıstan Respublikasının vitse prezidenti İlina Malinova Lotovo deyib ki, ekstremizmin qarşısının alınması üçün dil maneələri aradan qaldırmalıdır:"Tolerantlıq münasibətlərimiz üçün əsas məsələdir. Bolqarıstan XII əsrlik dövlətçilik ənənələrinə malikdir. Biz müxtəlif mədəniyyətlərə bir araya gəlmişik. Bu baxımdan biz bütün xalqlara qarşı tolerant münasibət göstəririk. Hər bir xalqın öz dilində danışmaq, öz dininə sitayiş etmək hüququ var. Məni narahat edən məsələ gənclərdir, biz onları müdafiə etməklə tükənməməli, onları dinləyib rəylərini nəzərə almalıyıq.

Ekstremizm təşkilatların çərçivələri müəyyənləşib ki bu da mürəkkəb formanın yaranmasına səbəb olub. Biz ədavəti aradan qaldırmaq üçün dünyadan zövq almağı bacarmalıyıq. Biz uşaqlarımızı maarifləndirməli, digərlərinə hörmət etməyi təlqin etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə