Politoloq: “Bakının dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi çox mühümdür” MÜNASİBƏT

Politoloq: “Bakının dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi çox mühümdür” MÜNASİBƏT

"Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır". Bu, cənab Prezident İlham Əliyevin sözləridir.

Politoloq Zaur Məmmədov SİA-ya açıqlamasında deyib ki, ölkə başçısının multikulturalizmin, tolerantlığın milli sərvətimiz olması deməsi, ölkəmizin bu kimi məsələlərə yanaşmasının nə dərəcədə humanist olmasını nümayiş etdirir: "Son illərdə dünya xalqları arasında dialoqun müzakirəsi və inkişafında Azərbaycan mühüm rol oynayır. Sivilizasiyaların kəsişməsində yer alan Bakının bugünkü beynəlxalq təhdidlər zamanı dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür. XXI əsrə qədər əgər mədəniyyətlər və dinlər arası məsələlər o qədər də aktual deyildilərsə, indi qloballaşan dünyada kifayət qədər vacib məsələlərdirlər.

Hesab edirəm ki, bu gün dünyada millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqu dəstəkləyən liderlər olduqca azdır. Belə liderlər arasında ilk sıralarda İlham Əliyevin olması məndə bir azərbaycanlı kimi fəxr hissi oyadır. Eyni zamanda vitse-prezident Mehriban xanım Əliyevanın Yunesko səviyyəsində həyata keçirdiyi tədbirlərdən tutmuş digər tədbirlərədək hər kürsüdə mədəniyyətlərarası dialoqa verdiyi töhfə humanizmə, sülhə verilən qiymətin mühüm göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə