Politoloq: "Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır" AÇIQLAMA

Politoloq: "Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır" AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qeyri-obyektiv, ədalətsizdir və qərəzlidir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Bunların arxasında müəyyən səbəblərin dayandığını dilə gətirən politoloq bildirib ki, hər kəsə məlumdur ki, Avropa İttifaqı uzun illərdir ki, Türkiyəni öz sıralarına qəbul etmək istəmir:"Türkiyənin Aİ-nin bütün şərtlərini icra etməsinə baxmayaraq, bu təşkilat müəyyən bəhanələrlə məsələnin həllini uzatmağa çalışır. Digər tərəfdən Avropa Şurası demokratiya və insan haqları şüarları altında birbaşa Türkiyənin daxili işlərinə müdaxilə edir. Belə ki, onlar ötən il qardaş ölkədə baş verən çevriliş cəhdindən sonra çoxlu sayda insanın işdən çıxarılmasını əsas gətirməyə çalışırlar. Bunun cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın birləşməsindən sonra 500 min nəfər dövlət quluqçusunun işdən çıxaılması faktını ortaya qoyaraq çox düzgün şəkildə bildirdi ki, nəyə görə bu məsələ heç bir təşkilatın müzakirə obyektinə çevrilmədi".

F. Sadıqovun sözlərinə görə, Türkiyəyə qarşı edilən qərəzli addımın arxasında orada keçirilən referendum seçkiləri dayanır: "Referendum Türkiyənin dövlət başçısının səlahiyyətini daha da genişləndirilməsi AŞPA-nı narahat etməyə başlayıb. Onlar seçkilərin fövqəladə vəziyyət də keçirilməsinin düzgün hesab etmirlər. Lakin bu seçkilər Fransada da keçirilir. Artıq 1 ildən çoxdur ki, aparıcı Avropa dövləti olan Fransada da Fransua Olland tərəfindən fövqəladə vəziyyət elan edilib. O zaman belə bir vəziyyətdə niyə orada prezident seçkiləri keçirilir? Bu baxımdan AŞPA-nın qərarını siyasiləşmiş hesab edirəm və düşünrəm ki, onlar Türkiyəni güclü görmək istəmədikləri üçün bu cür qərəzli addımlar atırlar. Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır. Onlar özlərinə tabe olan ölkə, şablonlara uyğun olan və bütün şərtlərə əməl edən hökumət görmək istəyirlər. Lakin bu mümkün deyil. Çünki Türkiyə bütün addımlarını xalqın iradəsi ilə atır. Xalqın irədisi də referendumda öz sözünü dedi və təkliflərə dəstək verdi".

Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlıq etdiyini dilə gətirən politoloq əlavə edib ki, ölkəmiz Avropanın aparıcı dövlətlərlə yüksək münasibətlərə malik olsa da, son illər Avropada islamafob meyllər artıq dərəcədə güclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə