Fransa prezidentliyinə namizəddən növbəti HƏYASIZ VƏD!

Fransa prezidentliyinə namizəddən növbəti HƏYASIZ VƏD!

Fransada prezident seçkiləri ilə bağlı namizədlər arasında rəqabət gücləndikcə, müxtəlif vədlər və iddialar da artmağa başlayıb. SİA-nın məlumatına görə, artıq bir dəfə qatı ermənipərəstlik nümayiş etdirən namizədlərdən biri – Benua Amon ölkəsində dərc edilən "Nouvelles d’Armeni" fransız dilli erməni nəşrinə müsahibəsində həyasızlığı əks etdirən vəd verib. O, "erməni genosidi"ni 20-ci əsrin nəhəng hadisəsi adlandırıb və bunu erməni əsilli fransalılar üçün, həmçinin bəşəriyyət və Fransa üçün "travma" adlandırıb. Benua Amion hətta vəd verib ki, prezident seçilərsə, İrəvanda keçiriləcək "qondarma erməni soyqırımında həlak olanların anım mərasimi"ndə iştirak edəcək. O, hətta bir az da irəliyə gedərək, bir gün bu arzusunu İrəvanda reallaşdıracağını da həyasızcasına bəyan edib.

Qeyd edək ki, bu namizəd daha öncə iddia etmişdi ki, guya İosif Stalin Dağlıq Qarabağı zorla Ermənistandan ayıraraq, Azərbaycanın tərkib hissəsinə qatmışdı.

Xatırladaq ki.Fransada keçiriləcək prezident seçkilərinin birinci turu aprelin 23-nə təyin olunub. İkinci tur isə iki həftə sonra – mayın 7-də baş tutacaq. Ümumilikdə seçkilərdə 11 namizəd iştirak edir. Fransada keçirilən sorğular nəticəsində Benua Amon namizədlər arasında qeyri-ciddi namizəd kimi qiymətləndirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə