Misirin ölkəmizdəki səfirliyində bayraqlar endirilib

Misirin ölkəmizdəki səfirliyində bayraqlar endirilib

Aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə bağlı olaraq Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib. Bu barədə SİA-ya Misirin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, terror aktları zamanı Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə