“Terrordan Rusiya hakimiyyəti öz məqsədləri üçün istifadə edəcək” AÇIQLAMA
"Rusiyanın Sankt-Peterburq şəhərində baş verən mərhəmətsiz terror aktı ilə keçən ilin sonunda Ankarada diplomatın öldürülməsilə nəticələnən hadisə arasında bir paralellik görmək mümkündür. Hər iki terror aktı Rusiyanın Suriya siyasətinə etiraz olaraq və dinc insanların amansızcasına qətl edilməsinə qarşı yönəlik anaoloji addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, səfir Karlovu öldürən terorçu bu hadisəni Suriyada öldürülən günahsız insanların qisasını almaq məqsədilə etdiyini bildirmişdi: "Bu dəfəki hadisə də Əsəd rejiminin insanlıq duyğularından xaric çıxış edərək arasında uşaqların çoxluq təşkil etdiyi dinc insanlara qarşı kimyəvi silah işlətməsi ərəfəsinə təsadüf etdi. Rusiyanın
Əsəd rejimini dəstəkləməyə davam edəcəyi bəyanatı bölgədə gərginliyi daha da artıracağı şübhəsiz idi və bu da baş verdi. Bu terror hadisəsini Rusiyaya edilən növbəti xəbərdarlıq kimi də qəbul etmək olar. İstək və məqsədlərini terrorla həyata keçirməyə cəhd edən qüvvələr bu hadisələri törətməklə Rusiyada istədikləri zaman ictimai-siyasi vəziyyəti gərginləşdirə biləcəkləri mesajını vermiş oldular. Öz ölkələrində uzun zamandır ki, əmin amanlıq şəraitində yaşayan rus xalqı davamlı terror hadisələrinə davam gətirə bilməyəcəyi və terrorun davam etdiyi şəraitdə hakimiyyəti dəyişməyə meyilli olacaqları şübhəsizdir".
V.Əfəndiyev deyib ki, bu terror hadisəsindən Rusiya hakimiyyəti öz məqsədləri üçün istifadə etməyə çalışacaq: "Artıq ilk addımlar atılıb. Orta Asiya və müsəlman ölkələrindən olan immiqrantlar böyük təzyiqlə üzləşiblər. Rusiya hakimiyyətinin hər il immiqrant axının qarşısını almaq üçün məhdudlaşdırıcı qanunlar verməsinə baxmayaraq çətin iqtisadi vəziyyət bu qanunların reallaşmasına mane olur. Bir tərəfdən də Rusiyanın demoqrafik vəziyyəti slavyan əhalinin əleyhinə sürətlə dəyişməkdə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB