Millət vəkili: “Ermənistanda terrorun dəstəklənməsi dövlət və milli səviyyəyə qaldırılıb” AÇIQLAMA
"1918-ci ilin 31 martında baş verən hadisələr erməni şovinistlərinin azərbaycanlılara qarşı əsrlərlə həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu mənfur siyasətin arxasında dayanan məqsəd isə Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik "Böyük Ermənistan" dövləti yaratmaq ideyası idi. Sözügedən hadisələr ermənilərin bu regiona köçürülməsi və burada məskunlaşdırılmasının nə qədər ağır nəticələr doğurduğunu bir daha göstərdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
Millət vəkili xatırladıb ki, ermənilər tarixin müxtəlif mərhələlərində azərbaycanlılara, türklərə qarşı terror siyasəti, soyqırımı həyata keçiriblər: "1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, ikinci dünya müharibəsindən sonra azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası və bu ərəfədə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi qırğınlar, o cümlədən Sovet imperiyasının öz ömrünü başa vurduğu 80-ci illərin sonu, nəhayət, müstəqillik illəri, Dağlıq Qarabağda, Xocalıda, Qaradağlıda və digər Azərbaycan şəhər və rayonlarında ermənilərin törətdikləri soyqırımı aktları nəticəsində onminlərlə azərbaycanlı sırf milli mənsubiyyətinə görə qətlə yetirilib. Əlbəttə, bütün bunlar tarixin çox da uzaq olmayan və inkar olunmaz gerçəklikləridir. Ermənilər tarixin bütün dövrlərində soyqırımı siyasətindən qidalanıb, terroru özünün başlıca fəaliyyət prinsipinə, ideoloji dayağa çevirib".
S.Qafarova deyib ki, hazırda terrorun dünyanı təhdid etdiyi, bu mövzunun öz aktuallığı ilə dünya siyasətini məşğul etdiyi indiki şəraitdə ermənilərin azərbaycanlılara və qeyri-ermənilərə qarşı həyata keçirdikləri soyqırımlarını, terror siyasətinin ağır nəticələrini dünyanın gündəminə daha fəal və ardıcıl şəkildə gətirməliyik: "Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, Ermənistan işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik bitkilərin yetişdirilməsi və tranziti məqsədilə istifadə edir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin işğal altındakı ərazilərdə ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanda terrorun dəstəklənməsi ayrıca bir ideologiya kimi dövlət və milli səviyyəyə qaldırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB