Musa Qasımlı: "Türk hökumətinin verəcəyi qərar qəbul edilən olacaq" MÖVQE

Musa Qasımlı: "Türk hökumətinin verəcəyi qərar qəbul edilən olacaq" MÖVQE

"Avropa dövlətlərinin Türkiyə qarşı belə addımı atmasının bir sıra dərin səbəbləri var. Çünki Türkiyədə xaos, anarxiya, geriləmə arzulayan və bunun üçün çalışan bəzi dairələr referendumdan "bəli" cavabı çıxdıqdan sonra Türkiyənin güclənəcəyindən, terrora ağır zərbə vurulacağından, türk hökumətinə etmək istədikləri təzyiq vasitələrinin zəifləyəcəyindən və ya aradan qalxacağından rahatsızdırlar". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, həmin Avropa ölkələri eyni zamanda, Türkiyə Prezidentinin güclü olmasından, sözünü birbaşa və açıq şəkildə söyləməsindən, Milliyyətçi Hərəkat Partiyası və AKP-nin bərabər hərəkət etməsinin Avropa ölkələri üçün yarada biləcəyi problemlərdən, Avropa ölkələrindəki türk əhalisinin arasında "bəli" cavabı verənlərin sayının artmasından, referendumla əlaqə baxımından bəlkə uzaq görünsə də Rusiya-Türkiyə yaxınlaşmasından da rahatsızdırlar: "Ancaq motivi nə olsursa-olsun, ölkələrə türk rəsmilərinin girişinin qadağan edilməsi Avropanın qəbul etdiyi demokratiya prinsiplərinə ziddir və qarşılıqlı münasibətlərdə xoşagələn hal deyildir. Türk hökumətinin verəcəyi cavab da adekvat, tamamilə başadüşülən və qəbuledilən olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə