Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclası təxirə salınıb. SİA-nın xəbərinə görə, iclasın davamı martın 10-da keçiriləcək.

Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i qəbul edilib.

1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında

2. A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

3. V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

4. A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi haqqında

5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında

Bütün xəbərlər Facebook səhifəmizdə