“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilmiş “konstitusiya referendumu”nu tanımır"

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilmiş “konstitusiya referendumu”nu tanımır"

ATƏT-in Daimi Şurasının iclasında Avropa İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz "referendum" ilə əlaqədar bəyanatla çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Avropa İttifaqı 20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş "konstitusiya referendumu"nu tanımır. Avropa İttifaqı, həmçinin bu "referendum"un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. "Referendum"un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Avropa İttifaqı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə