Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası" (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ağdam və Şuşa rayonlarının İcra Hakimiyyətinin başçıları, millət vəkilləri, media kapitanları, ziyalılar və digər qonaqlar iştirak edibər. Tədbirdən önBu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası" (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimi keçirilib.
Tədbirdən öncə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.
Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Təqdimat mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova bildirib ki, layihə çox önəmlidir. Təşəbbüsün tələbələr tərəfindən irəli sürüldüyünü deyən rektor qeyd edib ki, tələbələrdə ruh yüksəkliyi, təhsilə həvəs böyükdür. Universitetin rektoru qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfədir: " Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır".
Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayaraq qeyd edib ki, Ağdam nümunəsində "Qarabağın davamlı inkişafı" layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər. Tələbələrə düşmən tapdağı altında olan bütün torpaqlarımızın gələcək inkişaf proqramını hazırlamağı arzulayan Ə.Həsənov onların bu cür layihələrlə işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb. Baş nazirin sözlərinə görə, ölkə başçısının sərəncamı əsasında bu gün bütün dünya Cocuq Mərcanlıdan danışır.
Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul etdiyini dilə gətirib. Azərbaycanın inkişaf etdirməyin, söz sahibi etməyin İlham Əliyev nümunəsi vardı. Bu yaxınlarda Cocuq Mərcanlıya səfər etdiyini qeyd edən B.Muradova bildirib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyü ilə dünyaya görünəcək. Ağdam və bütün Qarabağ öz əvvəlki görkəminə qayıdacaq.
Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, gənclərin gördüyü işlər çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün ordumuz xalqımız birdir. Bu gün bütün gənclərimiz döyüşmək üçün hazırdır. Aprel döyüşlərində yaşı çatmayan uşaqlar belə döyüşmək üçün bizə müraciət edirdi".
Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib. Nazir qeyd edib ki, ötən ilin aprel döyüşləri düşmənlərimizə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi altında hərbi yolla da öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
"İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır. Təhsil naziri tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq belə bir layihənin ərsəyə gətirilməsi tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb"- deyə, nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB