Hərbi attaşelər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB