"Hindistan Dağlıq Qarabağdakı vəziyyətin mürəkkəbliyindən xəbərdardır". SİA-nın məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. O bildirib ki, regionda vəziyyətin gərginləşməsi xəbərləri narahatçılıq doğurur: "Biz hər zaman ərazi bütövlüyü prinsipini və münaqişələrin sülh danışıqları yolu ilə nizamlanmasının tərəfdarı olmuşuq. Həmçinin, ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi danışıqlar prosesini dəstəkləyirik. Hindistan münaqişənin sülh yolu ilə həll olunacağına və regionda sülhün üstünlük təşkil edəcəyinə ümid edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB