Azərbaycan və Cibuti əməkdaşlığı genişləndirir

Azərbaycan və Cibuti əməkdaşlığı genişləndirir

Azərbaycanla Cibuti münasibətləri uzun müddətdir davam edir. 1993- cü ildə Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasında müzakirə ediləndə Cibuti bu qurumda təmsil olunurdu və Azərbaycana çox ciddi dəstək göstərdi. SİA-nın məlumatına görə bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Cibutinin səfiri 4 qətnamənin qəbulu üçün savaş apardı və buna nail oldu: "Mən buna görə öz təşəkkürümü ifadə etdim. Cibuti parlamenti bu yaxınlarda Xocalı soyqırımını tanıyan qətnamə qəbul etdi. Cibutinin Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İƏT çərçivəsində də əməkdaşlıq davam edir. Siyasi münasibətlər inkişaf edir, iqtisadi əlaqələri inkişaf etdirməliyik. Bu istiqamətdə bir sıra layihələri müzakirə etdik".

Nazir deyib ki, Azərbaycan mülki aviasiya daşıyıcısı ilə sənəd imzalanacaq və bununla yüklərin daşınması həyata keçiriləcək. Qarşı tərəf azad iqtisadi zona ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir: "Cibuti vətəndaşları üçün təqaüd proqramlarını müzakirə etdik. ADA universitetində belə imkanlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə