Sahib Alıyev: “Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib” MÜNASİBƏT

Sahib Alıyev: “Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib” MÜNASİBƏT

"Bir neçə vətəndaşlığının olmasından da göründüyü kimi təkcə bloqerlik etməyən Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün və dost Belarusun, özəlliklə də onun prezidenti cənab Lukaşenkonun sözübütövlüyünün göstəricisidir". SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Belarus prezidenti çətin günlərində ölkəsinə Azərbaycanın kredit verməsi faktını dəfələrlə vurğulayaraq bunu heç vaxt unutmayacaqlarını bildirmişdi: "Necə demişdi elə də davranır. Onu da xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev o zaman Belarusa kredit ayrılması haqda sərəncam verəndə də bu addım, Lapşinin ölkəmizə gətirilməsini istəməyən bəzi çevrələr vardı ha, onları möhkəm qıcıqlandırmışdı. Azərbaycanın yardımı ilə maliyyə çətinliyini aradan qaldıran Belarusu diz üstə çökdürə bilmədiklərini görüb hay əlaltılarını da cəlb edərək dövlətimizə qarşı hətta alçaq kampaniya da başlatmışdılar.

İndi Ermənistandakı siyasətşünaslarından biri yazır ki, Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib və bundan sonra rəsmi Bakının izni olmadan heç kim Dağlıq Qarabağa gəlməyəcək. Ancaq Azərbaycan bununla təkcə Ermənistanı darmadağın etmədi, həm də onların bəzi havadarlarına Lapşini gətirdiyi kimi, onların Dağlıq Qarabağ problemini necə məsələ adlandırmalarından və bu haqda nə fikirləşmələrindən asılı olmayaraq, işğal altındakı torpaqlarını da da o cür təmizləyəcəyini göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə