Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə bu gün vida mərasimi keçirilir. SİA-nın verdiyi məlumata görə, şəhidlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunub.
Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB