Azərbaycanın Los Ancelsdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Arkanzas ştatından olan senator Con Buzmanla görüşüb. SİA-nın məlumatına görə, görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda mövcud tolerantlığın, dinlərarası münasibətlərin nümunəvi bir model olduğu vurğulanıb. Qeyd edilib ki, bu model ölkədəki müsəlmanların, xristianların, yəhudilərin və digər dini konfessiyaların sülh şəraitində birgə yaşayışına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB