ATƏT-in qış sessiyasının tarixi açıqlanıb

ATƏT-in qış sessiyasının tarixi açıqlanıb

Fevralın 23-24-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək. SİA ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, sessiyada ATƏT PA-nın prezidenti Kristin Muttonen və digər yüksək səviyyəli rəsmilər iştirak edəcək.

İclasda ATƏT məkanında siyasi, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit, insan hüquqları və humanitar məsələlərə dair müzakirələr aparılacaq. Həmçinin, "Böhran dövründə insan hüquqlarının qorunması" mövzusunda debat olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə