Politoloq: "Əsas məqsəd məcburi köçkünlərin hüquqlarını bərpa etməkdir" ŞƏRH
"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti tarixi sərəncam imzalamaqla göstərdi ki, ölkəmiz işğal olunmuş əraziləri geri qaytardıqdan sonra onları bərpa etmək və insanları öz doğma yurd-yuvalarına geri qaytarmaq əzmindədir: "Bundan əlavə, ölkəmiz göstərdi ki, biz torpaqları torpaq xatirinə deyil, insanlarımız həmin ərazilərə geri dönməsi və normal yaşayış tərzinə qayıtması üçün işğaldan azad etmək niyyətindəyik. Bununla Ermənistan cəmiyyəti də mesaj almış olur. Onlar bir daha anladılar ki, Ermənistan rəhbərliyi onların taleyi ilə oynayır və onlar gec-tez məskunlaşdığı, lakin özlərinə məxsus olmadığı əraziləri tərk etməlidirlər. Təbii ki, həmin ərazilərə azərbaycanlılar qayıtmalıdırlar və bu siyasət ölkəmiz tərəfindən davam etdiriləcək".
İ. Vəlizadə qeyd edib ki, Sərəncam həm də tezliklə ərazi bütövlüyümüzün bərpasına bir nişanədir: "Adətən ermənilər müxtəlif çıxışlarında bildirirlər ki, Azərbaycana boş torpaqlar lazımdır və insanlar həmin ərazilərə qayıtmayacaqlar. Lakin bu sərəncam bir daha sübut etdi ki, bu torpaqlar Azərbaycana boş olaraq lazım deyil. Əsas məqsəd insanları tarixi torpaqlarına qaytarmaq, məcburi köçkünlərin hüquqlarını bərpa etməkdən ibarətdir. Beynəlxalq təşkilatlar torpaqlarımızın geri qaytarılması istiqamətində heç bir addım atmadıqları təqdirdə Azərbaycan düşmənin işğalı nəticəsində məcbur köçkün vəziyyətinə düşmüş vətəndaşların hüquqlarını qoruyur. Azərbaycan bunu tək sözdə deyil, əməldə də sübut edir. Ümumiyyətlə, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması ölkəmiz üçün hər zaman əsas məsələlərdən olub. Ölkə başçısı tərəfindən imzalanan sərəncam da onlardan biri sayıla bilər".
Politoloq əlavə edib ki, sözügedən sərəncam həm də Azərbaycan Prezidentinin regionlarımızın sosial iqtisadi inkişafına göstərdiyi diqqətin bir nümunəsidir: "Bu siyasət digər rayonlarımız kimi cəbhəyani rayonları da əhatə edir. Cəbhəyani rayonlarımız da sosial iqtisadi proseslərdə iştirak etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB