Elman Məmmədov: “İctimaiyyət Sarkisyan rejimi ilə hesablaşmır” AÇIQLAMA

Elman Məmmədov: “İctimaiyyət Sarkisyan rejimi ilə hesablaşmır” AÇIQLAMA

"Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması məsələsi yalnız Ermənistanda mövcud olan ictimai-siyasi vəziyyətlə bağlıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin təxirə salınması Sarkisyan rejiminə qarşı olan etirazla bağlıdır: "Həmçinin bütün bunlar bu rejimin artıq etimadını itirməsi, onların bu seçkilərdən qorxması, bu cinayətkar komandanın seçkilərin nəticələrindən qorxması ilə əlaqədar ola bilər. Çünki indi onların müxtəlif saytlarında, informasiya agentliklərində gedən o yazışmaları gizləyəndə məlum olur ki, bu rejimə qarşı çox güclü qruplaşmalar meydana çıxıb. Bunlar hesab edirlər ki, seçkini uduza bilərlər. Ona görə də əl-ayağa düşüblər. Parlament seçkilərindən sonra Ermənistanda idarəetmə institutunda müəyyən dəyişiklərin edilməsi planı nəzərdə tutulur. Yəqin ki, ictimaiyyət bununla hesablaşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə