Almaniyanın Maqdeburq şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə "Demokratiya yolları" şüarı ilə ənənəvi aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Maqdeburqda yaşayan müxtəlif xalqların cəmiyyətləri öz ölkələrinin mədəniyyətini, tarixini, çoğrafiyasını nümayiş etdirən stendlər qurublar.
Hər il olduğu kimi bu dəfə də Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. 20 Yanvar hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edən aksiya zamanı Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvləri Nadya Paskova, Fuad Ağayev və Xocalı soyqırımına diar kitabın müəllifi Rolf Kuns yerli sakinlərə Azərbaycan haqqında, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ müharibəsi barədə danışıblar.
Aksiya iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını əks kitablar, bukletlər hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB