Avropa Şurasının nümayəndələri ilə Penitensiar xidmətdə görüş FOTOLAR
Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planı çərçivəsində həyata keçirilən "Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək" layihəsi ilə əlaqədar Avropa Şurasının Bakı Ofisinin rəhbər müavini cənab Joel Mermet və ölkəmizdə səfərdə olan qiymətləndirmə missiyasının ekspertləri 11.01.2017-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qəbul ediliblər.
SİA-nın verdiyi məlumata görə, penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov qonaqları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyi adından salamlayaraq, ölkəmizdə son illərdə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə həyata keçirilən işlər barədə məlumat verib. Ölkəmizin penitensiar sistemində aparılan islahatlara mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən göstərilən dəstəyə yüksək dəyər verildiyi vurğulanıb, cəzaların icrası ilə bağlı beynəlxalq sahədə əməkdaşlığın Penitensiar xidmətin fəaliyyətində önəmli yer tutduğu qeyd olunub. 11.11.2016-cı il tarixdə Avropa Şurasının Bakı Ofisinin nümayəndələri ilə Penitensiar xidmətdə keçirilən görüş zamanı üç cəzaçəkmə müəssisəsində pilot layihələrin həyata keçirilməsi barədə razılığın əldə olunması, layihəyə səhiyyə xidmətinin təşkilinin, habelə cəzaçəkmə müəssisələrinin idarə olunması kimi vacib məsələlərin daxil edilməsinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda psixi və psixoloji durumlarında problemləri mövcud olan məhkumlara göstərilən səhiyyə xidmətində qabaqcıl Avropa ölkələrinin təcrübəsinin öyrənilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Qiymətləndirmə missiyasının üzvü, cəzaçəkmə müəssisələrində səhiyyə xidmətləri üzrə beynəlxalq ekspert Yorq Pont əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirərək, penitensiar sistemdə son illər ərzində səhiyyə xidmətinin əldə etdiyi nailiyyətləri, o cümlədən vərəmlə mübarizə sahəsində qazanılmış uğurları yüksək qiymətləndirib.
Pilot layihəsi üzrə müəyyən edilmiş cəzaçəkmə müəssisələrinə baş çəkildikdən sonra başçəkmələrin nəticələri barədə müzakirələrin aparılması və müvafiq hesabatın tərtib olunmasına dair razılıq əldə edilib.
Qəbulda Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Məhərrəm Qafarov və digər məsul şəxslər iştirak ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB