Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2016-cı ilin xidməti fəaliyyətin yekunlarına və 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.
SİA-nın məlumatına görə, Müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2016-cı il ərzində görülmüş işlərə dair ətraflı çıxış edib, 2017-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunmuş, general-leytenant Arzu Rəhimov 2017-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini çatdırıb.
Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr ediblər.
Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB