"Rusiya səfirinin Türkiyədə vurulmasının 2 səbəbi var. Birincisi Rusiya-Türkiyə münasibətlərinin həddindəın artıq istiləşməsi, Türkiyənin NATO-nun əlində oyuncaq olmaq istəməməsi, ABŞ-ın tapşırıqlarından imtina etməsi, ikinci isə Türkiyənin dolları bazarından çıxarmaq məsələsini gündəmə gətirmək istəməsidir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev açıqlamasında deyib.
Onun sözlərinə görə, Hadisəni törədənlər Türkiyəni cəzalandırmaq istədilər: "Bu çox böyük təxribat idi. Lakin Türkiyənin təhlükəsizlik orqanlarınında üzərində günah var. Təbii bu əvvəlcədən çox yüksək səviyyədə hazırlanan təxribat idi. Təəssüf ki, bu təxribatın məhz Türkiyədə baş verməsi onun imicinə təsir etdi. Amma türkiyə növbəti təxribatlara da hazır olmalıdır. Çünki, Qərb, Amerika Türkiyəni cəzalandırmağa çalışacaq. Amma türkiyə 600 illik imperiya tarixinə malik olan bir ölkədir və belə hadisələrlə çox rastlaşıb. İnanırıq ki Türkiyə bu ağır vəziyyətdən də çıxmağa çalışacaq. Çünki, Türkiyə əyilən, sınan dövlət deyil və hər zaman olduğu kimi Azərbaycan qardaş ölkənin yanındadır. Azərbaycan Prezidentinin də bununla bağlı mövqeyi ortadadır və biz bu fikirləri dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB