Elman Məmmədov: “Avropa terrorçuları bəsləyir və saxlayır” AÇIQLAMA
"Bu gün dünya ictimaiyyəti hər cür, hər növ terroru pisləyir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Türkiyədə yaşanan terror hadisələrinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, tərəqqipərvər, sülhsevər ictimaiyyət harada olmasından asılı olmayaraq, kimlər tərəfindən kimə qarşı törədilməsindən asılı olmayaraq terror hamı tərəfindən pislənir: "Ancaq bu terrorla necə mübarizə aparmaq lazımdır? Onun qarşısını necə almaq lazımdır? Təbii ki, burada insanlardan da müəyyən asılı şərtlər var. Yəni hər kəsdən, hər bir vətəndaşdan, öz doğma Azərbaycanımızda da son dərəcə yüksək səviyyəli ayıq-sayıqlıq tələb olunur. Beləki müəyyən şübhəli insanlara, hərəkətlərə qarşı məlumatların lazımi orqanlara vaxştaşırı çatdırılması, onunla mübarizə aparılmasında təbii ki, vətəndaş mövqeyi göstərmək çox vacib məsələdir. Biz bu gün görürük ki, insan hüquq və azadlıqlarından, demokratiyadan danışan Avropa terrorçuları bəsləyir, saxlayır və onları təlimatlandırır".
E.Məmmədov əlavə edib ki, Avropa bir növ terrorçuları müdafiə edir və onlar xalq, milli müdafiə hərəkatı adlandırır: "Heç kimə sirr deyil ki, onlara pul, silah verir. Bütün bunlar hər zaman bizlər tərəfindən pislənilib. Ümumiyyətlə terrordan heç kim sığortalanmayıb. Çünki bunlar hər kəsin başına gələ bilər. Ona görə də hesab edirəm ki, terrorla mübarizədə birgə fəaliyyət göstərmək çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB