2016-cı il Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M.Mard bildirib ki, məhz bu il Azərbaycan ilə Aİ arasında əməkdaşlığı yeni hüquqi müstəvidə qurmaq qərara alınıb: "Çünki hazırki hüquq müstəvisi 1996-cı ildə yaradılıb və daha dərin, daha səmərəli əməkdaşlığı təmin etmək üçün bizə yeni hüquq müstəvisini formalaşdırmaq lazımdır. Biz gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlamağa ümid edirik".
M.Mard vurğulayıb ki, çox nadir hallarda Aİ-dən hansısa bir ölkəyə eyni zamanda iki yüksək rütbəli rəsmi şəxs səfər edir: "Ancaq Azərbaycanla bağlı bu ilin fevralında bu hadisə baş verib, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini və Avropa İttifaqının birinci viste-prezidenti Maroş Şevkoviç Azərbaycana səfər edib. Bundan əlavə sentyabr ayında Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib və Azərbaycan Avronest çərçivəsində əməkdaşlığa davam etməyi qərara alıb".
M.Mard əlavə edib ki, bu il Aİ ilə Azərbaycan arasında dörd alt-komitənin üçü üzrə iclaslar keçirilib: "Bu da 2016-cı ilin olduqca əhəmiyyətli olmasına dəlalət edir: "2017-ci ilə də böyük ümidlər bəsləyirəm. Hesab edirəm ki, 2017-ci ildə çoxsaylı səfərlər olacaq, çünki Azərbaycanla yaxşı idarəçilik, iqtisadiyyat, enerji və digər məsələlərin müzakirəsinə böyük önəm veririrk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB