"Strateji yol xəritələri xalqımızın daha yüksək təminatda yaşamasına istiqamətlənib" AÇIQLAMA

"Strateji yol xəritələri xalqımızın daha yüksək təminatda yaşamasına istiqamətlənib" AÇIQLAMA

"Bu gün ölkəmizdə aparılan iqtisadi siyasətin əsas məqsədi dünyada mövcud olan iqtisadi böhrandan az ziyanla çıxmaqdır. Ölkə başçısa son 1 ildə bu istiqamətdə çoxsaylı fərman və sərəncamlar imzalayıb ki, onlardan da biri "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, yalnız böhrandan qorumaqla mübarizə aparmamalıyıq: "Bu məqsədlə ölkə başçısı Azərbaycanda mövcud olan ehtiyat mənbələrini, iqtisadi imkanları nəzərə alaraq bütün resurslardan məqsədyönlü istifadə etmək üçün strateji yol xəritəsini təsdiq edib. Sözügedən fərmanı Azərbaycanın gələcək inkişafına, xalqımızın daha yüksək təminatla yaşamasına istiqamətlənib. Ümid edirəm ki, Azərbaycan Prezidentin göstəriş və fərmanlarından ciddi nəticə çıxarılacaq və sənəddə yer alan 11 istiqamət üzrə səmərəli iş ortaya qoyulacaq. Ən yaxşı müdafiə hücumdur. Biz gələcək problemlərdən qorunmaq üçün inkişafa yönəlmək, yeni yollar metodlar üzrə getməliyik. Bütün bu metodlar məhz milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə