Şəxsi axtarış zərurəti zamanı video çəkilişə QADAĞA

Şəxsi axtarış zərurəti zamanı video çəkilişə QADAĞA

Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) yeni bənd əlavə edilməsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Bundan başqa, dəyişikliklə hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburi olacaq.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə