Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi

Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, deputatlar "Bələdiyyələrin statusu haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Poçt haqqında", "Çayçılıq haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunları müzakirə ediblər.

Layihələr ayrı-ayrılıqda müzakirə olunub və qanunlara təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə