Bahar Muradova: "Milli Məclis Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlayır"
"Milli Məclis Xocalı faciəsinin 25 illiyi ilə bağlı qanun layihəsi hazırlayır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
Layihənin noyabrın 20-dən başlayaraq hazırlandığını deyən B. Muradova bildirib ki, sənəd 3 ay müddətində hazır olacaq: "Layihə 2017-ci ildə ictimaiyyətə təqdim ediləcək. Onun hazırlanmasında ictimai fikir və təkliflər də nəzərə alınacaq".
B. Muradova əlavə edib ki, Xocalı faciəsinin günahkarları qanun çərçivəsində cəzalandırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB