"Elə ölkələr var ki, Ermənistan həmin ölkələrlə əməkdaşlığı prioritet kimi qəbul etməli və ora bilgili diplomatlar səfir kimi göndərilməlidir. Lakin biz, bunun tamamilə əksini görürük". SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci kanalına müsahibəsində fövqəladə və səlahiyyətli səfir rütbəsinə malik tanınmış erməni diplomatı Arman Navasardyan deyib.
Navasardyan bildirib ki, diplomatiyada əhəmiyyətli, yaxud əhəmiyyətsiz ölkə anlayışı yoxdur. "Diplomatik əməkdaşlığımız olan bütün ölkələr beynəlxalq subyekt olaraq bərabər şəkildə əhəmiyyətli hesab edilməlidir"-deyə qeyd edən erməni diplomat sözlərini belə izah edib ki, başqa məsələ beynəlxalq münasibətlərdədir və bu münasibətlərdə ölkələrdən biri müəyyən qədər əhəmiyyətli olur, digəri isə böyük rol oynayır: "Lakin peşəkarlıq baxımından hansı ölkəyə ezam olunmasına baxmayaraq, diplomatiya üçün bir qayda mövcuddur – məhz peşəkar diplomatlar xarici ölkələrə ezam edilməlidir. Diplomatlıqda diletantlıq kifayət qədər vacibdir".
Navasardyanın sözlərinə görə, diolomatiyanın bu qanunu Ermənistanda heç vaxt tədbiq olunmayıb.
Erməni səfir hətta Azərbaycan diplomatiyasını erməni diplomatlarına örnək kimi göstərib və xüsusilə Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyətinə toxunub. "Azərbaycanın Rusiyadakı səfirindən fərqli olaraq bizim səfir hər zaman neytral mövqedə dayanmağa üstünlük verir"-deyə qeyd edən Navasardyan bildirib ki, bu qiyməti rusiyalı ekspertlər verib: "Diplomatiya aqressiv olmalıdır və bizim səfirlər neytral mövqedə dayanmaq siyasətindən əl çəkməlidirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB