Yunanıstanın Lesbos adasındakı düşərgəsində məskunlaşmış miqrantlar qaldıqları düşərgəyə od vuraraq oranı külə çeviriblər. SİA xəbər verir ki, bu barədə yerli polis məlumat verib. Buna səbəb bir qadının yaşadığı çadırda yemək bişirərkən qaz balonunun partlaması nəticəsində ölməsi və uşaqlarının yaralanması olub.
Partlayışdan sonra düşərgəyə polis cəlb olunub. Hiddətlənmiş miqrantlar isə onları aqressiv şəkildə qarşılayaraq, üzərlərinə daş-qalaq atıblar.
Qeyd olunur ki, adıçəkilən düşərgələrdə bu kimi hadisələr daha öncə də baş verib və bütün bunlar oradakı ağır yaşayışdan doğur. Ümumilikdə Lesbosda 6 min miqrant yaşayır, baxmayaraq ki, bu məkanlar 4 min insan üçün nəzərdə tutulub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB