YAP-ın 24 yaşı Şəmkirdə qeyd olundu FOTOLAR

YAP-ın 24 yaşı Şəmkirdə qeyd olundu FOTOLAR

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü Qüdrət Əliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini Məleykə Əlizadə, YAP Şəmkir rayon təşkilatı Aparatının rəhbəri Şövqi Həsənov, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov, YAP Şəmkir rayon təşkilatı İdarə Heyyətinin üzvləri və YAP fəalları iştirak ediblər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Həmçinin Şəmkir şəhərindəki Şəhidlər xiyabanında ağac əkilib.

Sonra tədbir YAP Şəmkir rayon təşkilatının inzibati binasının akt zalında davam etdirilib.

Tədbiri giriş sözü ilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü Qüdrət Əliyev açaraq Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədi ilə yaradılıb. Məlum olduğu kimi, noyabırın 21- Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 24 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın YAP-ın yaranma zərurətini meydana gətirib. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtarıb və inkişaf yoluna doğru istiqamətləndirib.

Çıxış edən Şəmkir rayon Mərkəzi xəstəxanasının Baş həkimi Ayaz İbrahimov partiyanın yaranma tarixinə nəzər salaraq qeyd edib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verməkdədir.

Sonra Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov çıxışında bildirib ki, "Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənməkdədir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi günü-gündən güclənir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub.

Sonda çıxış edən YAP Şəmkir rayon təşkilatı Şurasının üzvləri Cabbarov Vilayət, Mürsəlov Sənan və başqaları Yeni Azərbaycan Partiyasının 24 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıblar. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıblar.

Qeyd ediblər ki, bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxt və bölgələrdə avtomobil yollarının yenidən qurulması layihələri uğurla həyata keçirilir.

Tədbirin sonunda YAP Şəmkir rayon təşkilatı fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının rəmzi tortu kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə