15-17 noyabr tarixlərində Almaniya Müdafiə Nazirliyində Almaniya Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. SİA-ya ölkəmizin Almaniyadakı səfirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. 2016-cı ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.
Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB