Sosialist Partiyasının lideri İqor Dodon Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Dodon səslərin 54 faizdən çoxunu toplaya bilib. Onun rəqibi Həmrəylik Partiyasının lideri Maya Sandu isə 46,88 % səs toplayıb. İ.Dodon bəyan edib ki, Moldovanın bütün vətəndaşlarının prezidenti olacaq.
Qeyd edək ki, yeni prezidentin planları arasında Rusiya ilə strateji əməkdaşlığı bərpa etmək, Moldova məhsullarının Rusiya bazarına qayıtması, enerji sahəsində əməkdaşlığın normallaşdırılması var.
41 yaşlı yeni prezident evlidir və üç övlad atasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB