Fransa Baş naziri Manuel Vals ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılacağından əmindir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, o bildirib ki, Fransada fövqəladə vəziyyət rejimini ləğv etmək çətin məsələdir. Baş nazir bu məsələdə 2017-ci ildə baş tutacaq prezident seçkiləri zamanı aksiyalar olacağını da nəzərə alacaqlarını qeyd edib.
Xatırladaq ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB