Polis rəisinə güllələnmə hökmü verildi QƏTLƏ GÖRƏ

Polis rəisinə güllələnmə hökmü verildi QƏTLƏ GÖRƏ

Çin Xalq Respublikasının (ÇXR) Şansi vilayətinin Tayyuan şəhərinin məhkəməsi, Daxili Monqolustan muxtar vilayətinin sabiq polis rəisi Çjao Lipinə ölüm hökmü verib. SİA-nın məlumatına görə, bu barədə yazan RİA Novosti CCTV-yə istinadən bildirir ki, polis rəisi qətldə ittiham olunur.

Çjao Lipin eyni zamanda 2008-2010-cu illər ərzində 23,7 milyon yuan (3,5 milyin ABŞ dollarına yaxın) rüşvət alıb. Belə ki, ÇXR-in ümumxalq prokurorluğu bu ilin fevral ayının əvvəlində sabiq polis rəisini qətldə, hərbi sursatların qanunsuz saxlanılmasında və rüşvətdə günahlandıraraq işi məhkəməyə göndərmişdi. Çjao Lipin 2015-ci ilin martında Çifen şəhərində bir nəfəri güllələyərək öldürüb. Həmin ilin iyulunda isə o, Çin Kommunist Partiyası sıralarından xaric edilib.

Maraqlıdır ki, barəsində ölüm hökmü çıxarılmış sabiq polis rəisi Çinin xalq siyasi şurasının Daxili Monqolustan üzrə baş siyasi məsləhətçisi vəzifəsini də daşıyıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə